Cəmiyyət

İlqar İsbatov: “Bütün dünyada əhali artımı məsələsində azalma gedir”

Sharing is caring!


“2020-ci ildə Bakıda əhalinin sayı 2 milyon 630 min nəfər olub”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, əlavə 300 min nəfər var ki, onlar da tələbə, məcburi köçkün və digər regionlardan gələnlərdir:

“Əhalinin təbii artımı ilə bağlı məsələ fərqli olub. Belə ki, 2010-cu ildə Bakıda artım illik 1,014 faiz idi, 2020-ci ilə doğru bu göstərici 0,75 faizə düşüb. Tək bizdə deyil, bütün dünyada əhali artımı məsələsində azalma gedir. 

Biz illik artımı 0,75 götürməklə hesabata 3 milyon 70 min əhali sayı qeyd etdik. Əlavə 100 min nəfər nəzərdə tutaraq yekun hesabatda Bakı əhalisinin sayını 3 milyon 170 min nəfər olaraq təqdim etmişik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir