Dünya

“Taliban” jurnalistlərə media azadlığı və maliyyə dəstəyi verəcək

Sharing is caring!

Əfqanıstana nəzarət edən “Taliban” bu ölkədə media azadlığını və jurnalistlərə maliyyə dəstəyini təmin edəcəyinə söz verib.

Bunu çərşənbə axşamı Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı sosial mediada paylaşım edən hərəkat sözçüsü Zabiullah Mücahid deyib.

O, Əfqanıstanda media orqanlarının qanun çərçivəsində sərbəst fəaliyyət göstərə biləcəyini qeyd edib.

Mücahid bildirib ki, hazırda Əfqanıstan həbsxanalarında jurnalist yoxdur.

Mənbə: “İnterfaks”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir