Dünya

Avstraliya Qırmızı dənizdəki hərbi kontingentini üç dəfə artırmaq niyyətindədir

Sharing is caring!


“Avstraliya Qırmızı dəniz və Fars körfəzində fəaliyyət göstərən ABŞ-nin rəhbərlik etdiyi Yaxın Şərq təhlükəsizlik koalisiyasının Birləşmiş Dəniz Qüvvələrinin qərargahına əlavə qoşun göndərməklə Bəhreyndəki hərbi missiyasının sayını üç dəfə artırmaq niyyətindədir”.

Bunu Avstraliyanın Müdafiə Sənayesi Naziri Pet Konroy jurnalistlər qarşısında çıxışı zamanı deyib.

“Yaxın Şərq koalisiyasında avstraliyalı hərbçilərin sayı 3 dəfə artırılacaq. Biz bu ayın sonuna qədər qoşunların yerləşdirilməsini başa çatdıracağıq”, – deyə o bildirib.

Qeyd edək ki, birgə Dəniz Qüvvələrinə Qırmızı dəniz və Fars körfəzində təhlükəsizlik, terrorizm və dəniz quldurluğu ilə mübarizə məsələləri ilə məşğul olan 39 ölkə daxildir. Koalisiyanın qərargahı ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının və Mərkəzi Komandanlığının da yerləşdiyi Bəhreyndə yerləşir. Birgə Dəniz Qüvvələrinin tərkibindəki Avstraliya kontingentinə əvvəllər 10 hərbi qulluqçu daxil idi, lakin 2023-cü ilin dekabr ayının sonunda Kanberra hərbçi sayını ən azı 30 nəfərə çatdıraraq artıracağını vəd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir