Siyasət

Vladanka Andreyeva: “Partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm” – FOTO

Sharing is caring!


Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda güclü yanğın nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

“Bakının Binəqədi rayonunda mebel sexində baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərə şəfa diləyirəm. Dualarımız sizinlədir. Allah rəhmət eləsin!” – deyə diplomat özünün “X” sosial şəbəkə hesabında bildirib.

Xatırladaq ki, bu gün Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış baş verib, ardınca yanğın başlayıb. Hadisə yerinə xüsusi texnika və canlı qüvvə cəlb olunub, yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülüb.

İlkin araşdırma zamanı dağıntılar altından üç nəfərin meyiti tapılıb. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir