Cəmiyyət

Bakıda iki küçənin kəsişməsində təhlükəli vəziyyət: Kameralar işləmir? – ANBAAN VİDEO

Sharing is caring!


Sürücülər paytaxtın Həsən bəy Zərdabi və Əsəd Əhmədov küçələrinin kəsişməsində kobud qayda pozuntusuna yol verirlər.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə sürücülər məlumat paylaşıb.

Onlar iddia edirlər ki, uzun müddətdir buradakı müşahidə kamerası işləmir:

“Təəssüf ki, bəzi sürücülər də bu vəziyyətdən sui-istifadə edirlər. Hər gün burada eyni hallar təkrarlanır, yol hərəkəti qaydaları kütləvi şəkildə pozulur. Videodakı 77-EZ-143 dövlət nömrə nişanlı KIA markalı nəqliyyat vasitəsinin sürücüsü kimi bir çox sürücü “düzünə hərəkət məcburi istiqamət nişanı”nın tələbini pozaraq, sola dönür və qəza şəraiti yaradır. Müşahidə kameraları işləmədiyindən onlar cəzasız qalırlar və qayda pozuntularının sayı artır”.

Həmin görüntüləri təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir