Cəmiyyət

Polis bölmələrində qeydiyyatdan çıxarılan vətəndaşlar səsvermədə necə iştirak edəcəklər?

Sharing is caring!


Paytaxtda polis bölmələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar son günlər qeydiyyatda olduqları ünvandan çıxarıldıqlarına dair paylaşımlar edirlər. Onlar, xüsusilə də, fevralın 7-də keçiriləcək prezident seçkisində səsvermə hüquqları ilə bağlı məsələnin hansı formada həll olunacağını öyrənmək istəyirlər.

Qanunla qeydiyyatda olmayan şəxslərin şəxsiyyət vəsiqələri səsvermə üçün aktiv hesab olunmur.

Bəs bu vətəndaşlar seçki günü necə səs verəcəklər? Onların adına olan bildiriş vərəqələri hara və necə göndəriləcək?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əhalinin təhlükəsizliyinin təminatına dair keçirilən onlayn formatda əməliyyat müşavirəsi zamanı bu məsələyə də baxılıb:

“Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.

Belə ki, seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verilib. Mövzu ilə əlaqədar nazirliyə ünvanlanan müraciətlər qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğu təmin edilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir