Cəmiyyət

Sumqayıt sakinləri saatlarla işıqsız qalıblar – Səbəb məlum deyil

Sharing is caring!

Sumqayıt şəhərində elektrik enerjisinin verilməsində problem yaşanır.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, Sumqayıtın 6, 10, 13, 18-ci mikrorayonlarında və Corat qəsəbəsinə saat 11:00-dan elektrik enerjisi verilmir.

“AzərEnerji” ASC-nin mətbuat katibi Teymur Abdullayev həmin ərazilərdə profilaktik tədbirlərin aparılmadığını deyib:

“AzərEnerji”nin Sumqayıtda ümumiyyətlə heç bir xəttində problem yoxdur. Profilaktik tədbirlər aparılmır”.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə problemin onlarla bağlı olmadığını söyləyib:

“Bunun bizimlə əlaqəsi yoxdur. Problem bizdən qaynaqlanmayıb”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir