Cəmiyyət

Şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tanınmış müğənnilər, Şaxta baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik şəhid və qazi övladları tərəfindən sevinclə qarşılanıb. Musiqili-əyləncəli şənlikdə şəhidlərimizin əmanətləri şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar səsləndirib, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər. Şənlik xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb. Tədbirin sonunda şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim olunub.

Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda öz canından keçən qəhrəman şəhidlərimizin yadigarları unudulmur. Şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid övladları Vətənə, bizə əmanətdir. Vətən uğrunda döyüşən insanları yad etmək, onların ailələrinə və övladlarına xüsusi qayğı ilə yanaşmaq biz gənclərin mənəvi borcudur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir