Cəmiyyət

Şahin Bağırov: “Gələn il iki gömrük məntəqəsi açılacaq”

Sharing is caring!


“Növbəti ildə yeni gömrük məntəqələrinin də açılması nəzərdə tutulur”.

Bunu Trend-ə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

“Planlarımız var. Hazırda Laçın sərhəd buraxılış postunda və işğaldan azad edilmiş digər ərazimizdə daha iki gömrük məntəqəsi mövcuddur. Bununla yanaşı, Ağbənd keçid məntəqəsi üzərində iş aparılır. Yaxın zamanda layihələndirmə işi tamamlanacaq və inşa prosesi başlayacaq. Şimal-Cənub nəqliyyat dəhlizi üzərində Astaraçay keçid məntəqəsinin yaxınlarda açılışı planlaşdırılır. Ümumilikdə keçid məntəqələrinin sayının artırılması prioritetimizdir”, – deyə o qeyd edib.

Komitə sədrinin sözlərinə görə, bu il gömrük xətti ilə dövlət büdcəsinin gəlirlər hissəsində 5 milyard 728 milyon manat məbləğində proqnoz müəyyən edilib:

“Artıq ilin sonudur və biz bu hədəfə nail olmuşuq. Dövlət büdcəsinə 6 milyard manatdan çox vəsaitin köçürülməsi təmin olunub. Bu, kifayət qədər yaxşı rəqəmdir. Bu müsbət nəticə ölkədə yaradılmış iqtisadi şərait, investisiya mühiti, idxal-ixrac əməliyyatlarının artması, şəffaflıq və digər səbəblərlə əlaqədardır”.

Komitə sədri, həmçinin ölkədə gömrük işinin təşkili, qaçaqmalçılıqla qətiyyətli mübarizə sahəsində də ciddi addımlar atıldığını bildirib:

“Təəssüf ki, bu cür hallar hələ də baş verir. Biz hüquq-mühafizə fəaliyyətimizin effektivliyini  artıraraq, bu faktların qarşısını alırıq. Bu il 1500 belə fakt aşkarlanıb ki, ötən illə müqayisədə, xeyli çoxdur. Biz çalışırıq ki, insanları maarifləndirək ki, bu əməllərdən əl çəksinlər. Hər bir halda Azərbaycanda kifayət qədər güclü hüquq-mühafizə fəaliyyəti var”.

Müsahibə zamanı, həmçinin sahibkarları narahat edən bir çox məqamlar, ölkəyə gətirilən mallara qoyulan limitlər və digər məsələlər ətrafında müzakirə aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir