Cəmiyyət

İki övladı ağır xəstəlikdən əziyyət çəkən ana: “Yoldaşım ölüb, övladlarımı da itirsəm, dəli olaram” – FOTO

Sharing is caring!


Arzu və Dəniz Zamanlı bacılarının sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onların anası Axirə Zamanova məlumat verib.

O bildirib ki, övladlarının ikisi də eyni xəstəlikdən əziyyət çəkir.

“Böyük qızım Arzunun 15 yaşı, kiçik qızım Dənizin isə 12 yaşı var. Onlar anadangəlmə kəskin trombositopatiya xəstəliyindən əziyyət çəkirlər. Demək olar ki, doğulduqları gündən müalicələr edirik. Bəzən imkan olmadığı üçün müalicəni saxlayırıq, bu zaman isə övladlarımın vəziyyətləri ağırlaşır”.

Axirə Zamanova övladlarına tək baxdığını deyib.

“Yoldaşım 2016-cı ildə vəfat edib. O gündən övladlarıma tək baxıram. Kirayədə yaşayırıq. İnanın, bir qarnı tox, bir qarnı ac böyütmüşəm övladlarımı. Əlimdən gələni etməyə çalışsam da, bəzən tükənirəm. Hazırda  satmağa heç nəyim, borc almağa heç kimim qalmayıb. Övladlarımın müalicəsi üçün 1 000 manata ehtiyacımız var. Onlardan başqa heç kimim yoxdur, övladlarımı itirsəm, dəli olaram. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Bank Respublika: 4244 4848 4387 3344

Ailə ilə əlaqə: (055) 875-46-98.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir