Cəmiyyət

Yeni il süfrəsinin bəzəyi: Hindtoyuğunun qiyməti neçəyədir?

Sharing is caring!


Bu günlərdə Bakıda hindtoyuğunun qiymətində kəskin artım müşahidə olunur.

“Qaynarinfo” xəbər verir ki, bir neçə gün öncə bir kilosu 15 manata təklif edilən hindtoyuğu indi 25-30 manata satılır.

Satıcılar bunun səbəbini Yeni il bayramı ilə əlaqələndirirlər. Onların sözlərinə görə, hər il Yeni il bayramı ərəfəsində hindtoyuğunun qiymətində kəskin artım müşahidə olunur. Bayramdan sonra isə qiymət əvvəlki həddinə qayıdır. Belə ki, hazırda kilosu 25-30 manata təklif edilən hindtoyuğu yanvarın birinci ongünlüyündə 14-15 manata enəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir