Dünya

Rusiyanın “vurulan” kartı ilə səyahət: “İqtisadiyyatı iki ilə çökdürə bilərlər” – AÇIQLAMA + FOTO

Sharing is caring!

Rusiya mediasının yaydığı məlumata görə, Rusiyanın “Mir” bank kartı və Rusiya Ödəniş Kartları Milli Sisteminə ukraynalı hakerlər DDoS kiberhücumlar təşkil edirlər. Buradakı məqsəd isə sistemi həddindən artıq yükləmək və kart xidmətində nasazlıq yaratmaqdan ibarətdir. Təsadüfi deyil ki, bir neçə gün öncə Rusiya hökuməti turistlərə xaricə çıxarkən özləri ilə nağd pul aparmağı tövsiyə edib. Buna səbəb kimi isə “Mir” ödəniş sisteminin xarici ölkələrdə fəaliyyətinin dayandırılması göstərilib. 

Məsələni Oxu.Az-a şərh edən iqtisadçı Asif İbrahimov ilk olaraq “Mir” kartlarının mahiyyətini açıqlayıb. Ekspert bildirib ki, “Mir” Rusiyanın “Mastercard” və “VISA”ya alternativ olaraq istifadə etdiyi ödəmə sistemidir:

“2014-cü ildə sanksiyalar yeni tətbiq olunmağa başladıqdan bir-iki il sonra bu kartlardan istifadə başladı. Hökumətlərarası sazişə əsasən, postsovet məkanında və Türkiyə, Tailand, Vyetnam kimi ölkələrdə bu sistem tətbiq olunurdu. Ölkələrin mərkəzi bankları arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlanmışdı. Ancaq bu kart “Mastercard” və “VISA” kimi geniş yayılmadı. Yəni təxminən 10-12 ölkədə tətbiq olunurdu. Ona görə də düşünmürəm ki, onun istifadəsinin dayandırılması Rusiya iqtisadiyyatına ciddi bir təsir göstərsin”.

Ekspert deyir ki, iki il ardıcıl sanksiyalar tətbiq edildiyi zaman Rusiya iqtisadiyyatı çökə bilər:

“Rusiya iqtisadiyyatı bank sistemindən kənarda qaldığı üçün ağır zərbələr altındadır, sanksiyalar tətbiq olunur, bir çox məhsulların ixracında, məhsulu ərsəyə gətirmək üçün istifadə olunan xammalların alınmasında problemlər yaşanır. Amma bir məsələni unutmayaq ki, Rusiya dünyada təbii sərvətləri baxımından zəngin bir ölkədir. Yəni qısa müddətdə onu çökdürmək mümkün deyil. Düşünürəm ki, dayanıqlı, davamlı sanksiyalar təxminən iki il ərzində nəticə göstərə bilər. Rusiyada problemlər sanksiyaların gətirdiyi sosial narazılıqlar fonunda baş verə bilər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir