Cəmiyyət

Azərbaycanda “yol terroru”: 11 ayda 21 uşaq ölüb – VİDEO

Sharing is caring!


Cari ilin 11 ayı ərzində, avtomobil qəzalarında istər piyada, istərsə də sərnişin qismində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb.

O qeyd edib ki, yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur:

“Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırır, valideynlərdən isə uşaqları yollarda nəzarətsiz buraxmamalarını xahiş edirik.

Hər bir valideyn uşaqlarının gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir