Dünya

Ukraynada müharibə başlayanda qaçqın düşən azərbaycanlılar geri qayıdırlar – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xersonla yanaşı, Xarkov istiqamətində də əks-hücuma keçib. Vilayətin strateji şəhərlərindən olan İzyumun sərhədindəki bir neçə qəsəbənin azad olunduğu bildirilir.

“Müharibə başlayanda qaçqın düşən ukraynalılar geri qayıdırlar. Onlar arasında azərbaycanlılar da var. Ölkəyə geri qayıdanlar əsasən bölgələrdə, kəndlərdə yaşayan azərbaycanlılardır”, – deyə məlumatda qeyd olunub.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir