Cəmiyyət

“Global Media Group” ISO tələbləri üzrə nəzarət auditini uğurla keçib

Sharing is caring!


“Global Media Group” MMC-nin tərkibində fəaliyyət göstərən şirkətlər ISO auditini uğurla keçib.

Belə ki, “Global Media Group” MMC-nin tərkibində fəaliyyət göstərən “Global Management” MMC, “BAKU TV” MMC, “OXU.AZ” MMC və “Report İnformasiya Agentliyi” MMC şirkətlərində 18-22.12.2023-cü il tarixində ISO 9001:2015 Keyfiyyətin İdarə Edilməsi Sistemi, ISO 14001:2015 Ətraf Mühitin Mühafizəsinin İdarə Edilməsi Sistemi və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemi Beynəlxalq Standartların tələbləri əsasında 1-ci nəzarət auditi uğurla keçirilib. 

Auditin məqsədi həmin təşkilatlarda tətbiq olunan İnteqrə Olunmuş İdarəetmə Sisteminin işlək vəziyyətdə saxlanılmasını və davamlı təkmilləşdirilməsini yoxlayıb təsdiq etmək olub. 

Audit “TÜV Austria Azərbaycan” şirkətinin auditoru Zaur Fərzəliyev tərəfindən aparılıb. Auditin nəticəsində təşkilatlarda qurulmuş sistemin standartın tələblərinə davamlı uyğunluğu və effektivliyi bir daha təsdiq olunub və sertifikatlar qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Global Media Group” MMC-nin tərkibində olan şirkətlər – “Oxu.Az” xəbər saytı, “Report” İnformasiya Agentliyi, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ötən ilin sonunda ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir