Kriminal

Lənkəranda zavodun ərazisində gözətçinin meyiti tapılıb

Sharing is caring!


Lənkəranda zavodun gözətçisinin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Lənkəran rayonu Kosalar kənd sakini, 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb.

Onun meyiti səhər iş yerinə gələnlər tərəfindən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

İlkin müayinə və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Müayinələrdən sonra ölümün əsl səbəbi məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir