Cəmiyyət

Tovuzda 45 yaşlı kişi avtomobil qəzasında öldü

Sharing is caring!


Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsinin yaxınlığında 1978-ci il təvəllüdlü Şahin Qasımovu avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir