Dünya

ÜST Avropada qızılca epidemiyasının səbəbini açıqladı

Sharing is caring!


Avropada qızılcaya yoluxma halları kəskin artıb və artıq tamamilə aradan qaldırılmış hesab edilən bir sıra ölkələrdə qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Bildirilir ki, 2023-cü ildə Avropa regionunda 30 mindən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb.

Dünya təşkilatının ekspertləri bunun səbəbini COVID-19 pandemiyası ilə əlaqəli 2020-2022-ci illərdə baş vermiş peyvənd boşluqları ilə izah ediblər. Buna görə ÜST Avropa ölkələrini qızılcaya qarşı immunizasiya kampaniyaları keçirməyə çağırır.

Yeri gəlmişkən, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub. 2022-ci ildə isə bu göstərici bir nəfər idi.

Qeyd edək ki, qızılca xəstəliyinin simptomları səpgi, qızdırma, öskürək olur, bəzən sətəlcəmə səbəb olur.

Mənbə: KP.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir