Dünya

Pentaqon rəhbəri əməliyyatdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb – FOTO

Sharing is caring!


ABŞ-nin müdafiə naziri Lloyd Ostin 2024-cü il yanvarın 1-də xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bildirilir ki, o, arıqlamış və halsız görünüb.

Məlumata görə, Pentaqon rəhbəri Ukrayna Müdafiə Əlaqə Qrupunun “Ramşteyn” formatında onlayn iclasında çıxış edib. Bu, nazirin prostatektomiyadan yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilməsindən sonra ilk ictimai çıxışı olub.

Xatırladaq ki, yanvarın ilk axşamı Ostin “Uolter Rid” Milli Tibb Mərkəzində (Meriland) palataya yerləşdirilib, yanvarın 2-də isə onun bəzi səlahiyyətləri Ketlin Hiksə verilib. Onun xəstəxanada olması barədə hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub.  ABŞ Dövlət katibi Antoni Blinken də bu məsələdən gec xəbər tutduğunu etiraf edib. Sonradan Ostinin xəstəxanaya yerləşdirilməsinin maraqlı təfərrüatı ortaya çıxıb. Məlum olub ki, naziri tibb müəssisəsinə aparmaq üçün gələn təcili yardım maşınından Pentaqonun rəhbərinin evinə sirenləri söndürmək və sayrışan işıqları yandırmamaq tələb olunub.

Mənbə: The Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir