Cəmiyyət

Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlanıb – FOTO

Sharing is caring!


Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18  kiloqram narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran şəhər sakini Xalid Hüseynov Yardımlı rayonu ərazisində saxlanılıb. Həmin şəxsin Ərsilə kəndi ərazisində dərədə gizlətdiyi torbadan ümumilikdə 17 kiloqram artıq marixuana,  bir kiloqram tiryək və  6 260 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı X.Hüseynovun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitələri satışının təşkil olunmasından ötrü deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir