İqtisadiyyat

Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsi genişləndiriləcək

Sharing is caring!


“Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsi genişləndiriləcək”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, növbəti ildə torpaq payı olan vətəndaşlar belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və s. yeniliklərin tətbiq edilməsi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur:

“Cari il ilə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərcləri 4 milyon manat, yaxud 26,6%, peşə hazırlığı və əlavə təhsilin təşkili xərcləri 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərcləri 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir