Cəmiyyət

Binəqədi rayonunda yanğın baş verib – VİDEO

Sharing is caring!


Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Oxu.Az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 200 kvadratmetr olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binada baş verdiyi, genişlənərək bitişik ikimərtəbəli evə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində inzibati binanın yanar konstruksiyaları 60 kvadratmetr sahədə və dam örtüyü 30 kvadratmetr sahədə yanıb.

Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir