İdman

“Bavariya”da Levandovskini superulduz əvəz edə bilər

Sharing is caring!

Beşqat “Qızıl top” sahibi portuqaliyalı Kriştianu Ronaldu “Mançester Yunayted”dən “Bavariya”ya keçə bilər.

Münhen klubu 33 yaşlı hücumçu Robert Levandovskinin itkisini Ronaldunun alınması ilə kompensasiya etməyi düşünür.

Polşalı futbolçu bu yay “Bavariya”dan ayrılmaq istədiyini daha əvvəl bildirmişdi.

Portuqaliyalının kuboklar uğrunda mübarizədə layihənin “perspektivsizliyinə” görə “Mançester Yunayted”dən ayrılmağı düşündüyü barədə dünən İspaniya KİV-də məlumat yayılmışdı.

2021/2022 mövsümündə Ronaldu “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 24 qol vurub və üç məhsuldar ötürmə edib. “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Mənbə: Diario AS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir