MARAQLI

Qırğızıstanda dövlət rəmzi müəmması: Prezidentin təsdiqlədiyi deyil, başqa bayraq qaldırıldı – FOTO/VİDEO

Sharing is caring!


Bişkekin mərkəzindəki Ala-Too meydanında artıq Qırğızıstanın yeni bayrağı dalğalanır.

Ancaq bir nüans sosial şəbəkənin yerli seqmentindəki istifadəçilərin çoxsaylı müzakirəsinə səbəb olub.

Onlar qeyd edirlər ki, bu yenilənmiş bayraq parlamentin qəbul etdiyi, sonra isə Sadır Japarovun təsdiqlədiyi ilə eyni deyil.

Belə ki, hazırda bayraq dirəyində dalğalanan dövlət rəmzinin təsvirində düz şüalar Günəşə birləşib. Ancaq parlament qanun layihəsini qəbul edərkən ictimaiyyətə bir qədər fərqli dizaynı təqdim olunmuşdu.

Səlahiyyətlilər hələlik vəziyyətlə bağlı açıqlama verməyiblər.

Xatırladaq ki, respublika dekabrın 26-da rəsmi olaraq bayrağını dəyişib. Yeni rəmzdə bayraqdakı Günəşin şüalarının dalğavari forması düz formaya dəyişdirilib, xaçşəkilli dirəklərin sayı da artırılıb. 

Qanun layihəsinin təşəbbüskarları bildiriblər ki, bir çox insanlar belə şüaları günəbaxanlarla əlaqələndirirlər. Halbuki, bu bitki Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu da deyil.
Deputatların fikrincə, düz şüalar Günəş şüalarına daha çox bənzəyir.

Mənbə: “Sputnik” Qırğızıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir