Siyasət

Buğda idxalı daha üç il müddətinə ƏDV-dən azad edilib

Sharing is caring!


Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Oxu.Az xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddəti iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.

Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir