Cəmiyyət

Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın olub

Sharing is caring!


Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 38 kv.m olan ikiotaqlı mənzilin hamam otağında üç kv.m sahədə hamam əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan və bir ədəd plastikdən ibarət qapı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir