Siyasət

Sumqayıt Kimya Sənaye Parkından ixracın dəyəri üç milyard manatı keçib – FOTO

Sharing is caring!


“Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkından 3,3 milyard manatlıq məhsul ixrac edilib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş, ölkəmizin ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir. Bu müddətdə Parkın fəaliyyətindən əldə edilən nəticələr iqtisadiyyatımızın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına, məşğulluğun artırılmasına, innovativ istehsalın təşkilinə və idxaldan asılılığın azaldılmasına əhəmiyyətli töhfələr verib. Bu günə qədər Parka 5,8 milyard manata yaxın investisiya qoyulub, buradan 9,5 milyard manat dəyərində satış həyata keçirilib, 6 600-dən çox daimi iş yeri yaradılıb”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir