Cəmiyyət

Lənkəranda ev yanıb

Sharing is caring!


Lənkəranda ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, yanğın hadisəsi axşam saatlarında Lənkəran rayonunun Velədi kəndində qeydə alınıb.

Kənd sakini Gülməmməd Cəlil oğlu Hüseynova məxsus ümümi sahəsi 200 kvadratmetr olan beşotaqlı evdə yanğın baş verib.

Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin üç texnikası və canlı qüvvəsi cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın baş verən zaman evdə heç kim olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir