Cəmiyyət

Xankəndi stadionu işıqlandırıldı, lövhələr quraşdırıldı – FOTO

Sharing is caring!


Xankəndi stadionunda “Qarabağ” – MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Oxu.Az xəbər verir ki, artıq stadionda yeni oturacaqların quraşdırılması başa çatıb.

Qapıarxası tribunalardan birinin üzərində böyük hərflərlə “Qarabağ Azərbaycandır”, digərində isə “Xankəndi”, bannerlər üzərinə “Biz qayıtdıq” sözləri yazılıb.

Xankəndi stadionundan yeni şəkilləri sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir