Dünya

Sankt-Peterburqda kütləvi tədbirlər üçün maska rejimi tətbiq edilib

Sharing is caring!


Dekabrın 20-dən Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi Yeni il, idman və mədəni tədbirlər zamanı maska ​​rejimi tətbiq olunacaq.

Məlumata görə, müvafiq qərarı Sankt-Peterburq şəhəri üzrə baş dövlət sanitar həkimi Nataliya Başketova imzalayıb.

“Mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və idarələrin rəhbərləri kütləvi Yeni il şənlikləri, idman və mədəni-kütləvi tədbirlər təşkil və keçirərkən işçilərin tənəffüs orqanlarının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsini təmin etsin”, – deyə sənəddə bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir