Cəmiyyət

Bu gün Faiq Ağayevin doğum günüdür – VİDEO

Sharing is caring!


Bu gün Azərbaycan Respublikasının Xalq artisti Faiq Balağa oğlu Ağayevin doğum günüdür. 

Oxu.Az xatırladır ki, o, 1971-ci il dekabrın 29-da Bakıda anadan olub.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

F.Ağayev universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager – Mogilyov-96” Beynəlxalq müsabiqəsində də qalib gəlib. 

Bundan sonra onun peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin 2012-2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.

1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxıb. 1998-ci ildə Faiq Ağayev üç gün davam edən “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olub. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.

2007-ci il 7-11 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olub.

2008-ci il sentyabrın 17-də Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.

2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı “VİDA” solo konsertləri keçib. Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir