Cəmiyyət

“Yeni Klinika”da sümük iliyi transplantasiyasının aparılacağı vaxt açıqlandı

Sharing is caring!


“Gələn ildən TƏBİB tabeçiliyində fəaliyyət göstərən “Yeni Klinika”da sümük iliyi transplantasiyasına başlanılması üçün hazırlıqlar gedir”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib. O bildirib ki, ilkin mərhələdə 25 xəstəlik çarpayı fondu olan şöbə nəzərdə tutulub:

“Bilirsiniz ki, sümük iliyi transplantasiyasında steril mühitin olması çox önəmli məsələdir. Şöbələrin tam keyfiyyətli xidmət göstərməsi üçün sterilizasiya mühiti yaradılmalıdır. Sümük iliyi transplantasiyası keçirən pasiyentlər bu şöbələrdə uzun müddət qalmalıdırlar. Bu istiqamətdə biz beynəlxalq ekspertlərlə, sümük iliyi transplantasiyasını icra edən dünyanın ən qabaqcıl tibb müəssisələri ilə danışıqlar aparır, onların təcrübələrini öyrənirik. Bundan başqa, Səhiyyə Nazirliyinin dəstəyi ilə həm onların, həm də TƏBİB tabeliyində olan tibb müəssisələrində çalışan bir qrup həkimin, eləcə də orta tibb işçisinin bu istiqamətdə biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif təlimlərə göndərilməsi həyata keçirilir. Onlardan bir qrup artıq təlimlərə cəlb edilib, digər bir qrupun da gələn il təlimlərə cəlb edilməsi gözlənilir”.

V.Qurbanov onu da əlavə edib ki, ilkin mərhələdə çətinliklər ola bilər, lakin buna hazırdırlar:

“Proseslər başlanıldıqdan sonra həmin şöbələrin və çarpayı fondunun genişləndirilməsi həyata keçiriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir