Dünya

Türkiyədə özlərini Milli Kəşfiyyat Təşkilatı və Prezident Ofisinin işçiləri kimi tanıdan şəxslər saxlanıldılar

Sharing is caring!


Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda özlərini Milli Kəşfiyyat Təşkilatı (MİT) və Prezident Ofisinin əməkdaşları kimi tanıdan şəxslər saxlanılıblar.

Vezirköprü Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində özlərini MİT və Prezident Ofisi əməkdaşları kimi təqdim edən üç nəfər ələ keçirilib ki, bunlardan biri yerli icra nümayəndəsi, ikisi keçmiş çavuş olub.

Araşdırma zamanı məlum olub ki, bu şəxslər 13 nəfəri müxtəlif dövlət qurumlarında işə düzəltmək və silah lisenziyası almaq kimi müxtəlif vədlərlə aldadaraq 5 milyon Türkiyə lirəsi (292 min manatdan çox) məbləğində pullarını mənimsəyiblər.

Zərərçəkmiş sakinlərin ifadələri alındıqdan sonra aparılan istintaq çərçivəsində üç şübhəli şəxs saxlanılıb. Polis bölməsində ifadə verdikdən sonra şübhəlilər məhkəməyə göndəriliblər, orada isə həbs olunublar.

İstintaq çərçivəsində cinayət əməli qurbanlarının sayının artacağı gözlənilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir