Cəmiyyət

TƏBİB-in icraçı direktoru: “Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb“

Sharing is caring!


“Ölkəmizdə 2019-cu ildə ana ölümlərinin sayı 21, bir yaşına qədər ölən uşaqların sayı isə 1 557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 18 və 959 olub”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.

O bildirib ki, Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb:

“Ana və uşaq sağlamlığının qorunması 5 il boyunca TƏBİB-in əsas prioritet istiqamətlərindən biri olub. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ana və uşaqlar arasında ölüm hallarının baş verməməsi üçün  tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə komissiyalar yaradılıb.  Bakı ilə yanaşı, regionlardakı ginekoloq və neonatoloqların nəzəri bilik və praktik vərdişlərinin artırılması istiqamətində işlər görülüb. Bəzi tibb müəssisələrində əsaslı təmirdən sonra ginekologiya və doğum şöbələrinin açılışı olub”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir