Cəmiyyət

Masallıda pirotexniki vasitələr satan mağaza sahibləri ilə bağlı sənədlər məhkəməyə göndərilib – FOTO

Sharing is caring!


Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən iki mağazada pirotexniki vasitələrin satılması faktı aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir