Cəmiyyət

Bakıda stomatoloji kabinetdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb – VİDEO

Sharing is caring!


Suraxanıda stomatoloji kabinetlərin birindən doqquz ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, noutbuk və doqquz ədəd qızıl dişin oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb.

Həmin şəxsdən əlavə olaraq dörd qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müaciət edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir