Cəmiyyət

Şəmkirdə istixana ərazisində güclü yanğın olub

Sharing is caring!


Şəmkir rayonunun Xuluf kəndində istixana ərazisində yanğın qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın nəticəsində istixananın ərazisində ümumi sahəsi 52 kvadratmetr olan qazanxananın taxta atmaları, 1 ton yağ çəlləyi və ona bitişik olan 160 kvadratmetr talvar yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. İstixana yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir