MARAQLI

“X”də bloklama funksiyası ləğv olunur

Sharing is caring!


“X” tətbiqi “App Store” və “Google Play” mağazalarından silinə bilər.

Buna səbəb tətbiqin sahibi İlon Maskın istifadəçilərə digər insanları bloklamağa imkan verən “qara siyahı” funksiyasından imtina etmək planlarıdır. Belə ki, “X” sahibinin yeni layihəsi bloklama, həmçinin arzuolunmaz məzmun və istifadəçilərlə bağlı şikayətlər sistemi tələb edən “Android” və “iOS” proqram mağazalarının qaydalarını pozur.

Maskın sözlərinə görə, istifadəçilər “X”də digər insanları tamamilə bloklaya bilməyəcəklər. Bunun əvəzinə şəxsi mesajlara giriş məhdudlaşdırılacaq, ancaq istifadəçinin profili bloklanmış şəxslərə görünəcək.

“X” rəhbəri funksiyanın sosial şəbəkədən tam olaraq nə vaxt yox olacağını açıqlamayıb. O, həmçinin qeyd edib ki, “qara siyahı”nın heç bir mənası yoxdur.

Mənbə: Rozekted Portal

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir