Cəmiyyət

Rəhman Hümmətov: “Tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ müzakirə edilmir”

Sharing is caring!


“Bu gün üçün hələ ki tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ müzakirə edilmir”. 

Oxu.Az xəbər verir k, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında bildirib. 

O qeyd edib ki, Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur:

“İctimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı konkret fikir yoxdur. Bu, qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq. Hazırda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ müzakirə edilmir. Bu o demək deyil ki, məsələ diqqətdən kənardır”. 

Nazir müavini onu da qeyd edib ki, yerüstü tramvay xəttinin çəkilməsi müəyyən ərazilərin olmasını tələb edir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir