Cəmiyyət

Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləndilər

Sharing is caring!


Saatlıda səkkiz məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib.

Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən səkkiz məktəbli Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir