Cəmiyyət

Bakıda dörd maşın toqquşdu: Xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Nərimanov rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını qarşıda gedən “AzSamand” markalı avtomobilə çırpıb. Qarşıdakı nəqliyyat vasitəsi zərbənin təsirindən ardıcıl olaraq digər iki maşına – “Opel” və “Toyota” markalı nəqliyyat vasitələrinə dəyib. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. “Azsamand”da olan sərnişin xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunublar. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir