İdman

Benzemadan het-trik, “Real” “Barselona”ya 4 top vuraraq finala çıxdı – VİDEO

Sharing is caring!


İspaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, ikinci finalçının adına “El Klassiko”da aydınlıq gəlib. “Barselona” və “Real Madrid” “Kamp Nou”da münasibətlərinə aydınlıq gətiriblər. Matç Madrid təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

Hesabı 45+1-ci dəqiqədə Vinisius Junior açıb. Digər qollara isə Kərim Benzema imza atıb. Fransalı forvard 50, 58 və 81-ci dəqiqələrdə fərqlənib.

İlk görüşdə 0:1 uduzan “Real Madrid” iki matçın nəticəsinə əsasən 4:1 üstün olaraq finala yüksəlib. Komanda həlledici matçda “Osasuna” ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir