Cəmiyyət

Bakıda yararsız avtobus dayanacaqları: Yağışın altında gözləyirik – VİDEO

Sharing is caring!


Hava şəraitinin yağıntılı keçməsi Bakıda daha bir problemi aktuallaşdırıb. Paytaxtdakı bir çox avtobus dayanacaqları yağışdan qorumaq əvəzinə sərnişinləri isladır. Çünki dayanacaqların bir çoxunun üstü açıqdır.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər yayda günəşin, qışda aramsız yağan yağışın, hərdən isə qarın altında gözləməli olurlar.

Paytaxtın əksər küçə və prospektlərində mənzərə eynidir.

Avtobus dayanacaqlarının olmaması və yaxud da üstü açıq olması səbəbindən sərnişinlər acınacaqlı halla üzləşirlər. Elə Babək prospektində olduğu kimi.

Mövzuya münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınır.

Bakı şəhərinin bir çox hissəsində avtobus dayanacaq məntəqələrinin yerləri müəyyən edilir. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir