Cəmiyyət

Şamaxı-İsmayıllı yolu güclü qar səbəbindən bağlanıb: 200-dən çox avtomobil yolda qalib – FOTO

Sharing is caring!


Güclü qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.

“Report” xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.

İlkin məlumatlara əsasən, Muğanlı yolunda qar daha keçilməz xarakter daşıyır. Qarın qalınlığı 10 sm-dən artıqdır və yollar buz bağlayıb.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəza da meydana gəlib.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Hazırda vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir