Cəmiyyət

Sahib Ələkbərov: “İşğaldan azad edilmiş ərazilərdə ənənəvi suvarma qadağan olunmalıdır”

Sharing is caring!


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ənənəvi suvarma üsulları qadağan olunmalı, damcı, çiləmə kimi müasir texnologiyalar tətbiq edilməlidir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: Gələcəyə baxış” adlı konfransda bildirib.

“Bizim öz ərazilərimizdə formalaşan su mənbələri var. Qısa zamanda layihələr həyata keçirərək ölkəmizdə formalaşan su ehtiyatlarının toplanmasına nail ola bilərik. Təbii ki, bu bahalıdır. Su anbarları inşa olunmalıdır. Əsas odur ki, dövlət başçısı bu məsələyə dəstək verir. Zəngilan və Qubadlının bir hissəsinə su kəmərləri çəkilib. Azərbaycanın əsas əraziləri suvarmaya ehtiyacı olan hissələrdir. Bu gün istehlakçıya su vermək üçün mənbədən iki dəfə çox su götürmək lazımdır. Yarıbayarı su itkisi olur. Müasir suvarma sistemləri ilə səmərəlilik qorunur”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir