Cəmiyyət

Azərbaycanda bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Sharing is caring!


Azərbaycan ərazisində faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı: Biləsuvarda altı mm, Neftçalada beş mm, Astara, Lənkəranda dörd mm, Sədərək, Biçənəkdə iki mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında altı mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda üç santimetrə çatıb.

Külək: Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Duman: Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda müşahidə olunub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında dörd dərəcə şaxtadan dörd dərəcəyədək isti, Aran rayonlarında doqquz dərəcəyədək isti, dağlıq rayonlarda bir dərəcə şaxta olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir