Dünya

Qazaxıstanda etirazçılar yolu bağladılar

Sharing is caring!


Qazaxıstanın hüquq-mühafizə orqanları Janaozendə (Manqistau vilayəti) yolu kəsən bir qrup şəxsi saxlayıblar.

Bu barədə vilayətin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 12-də səhər saatlarında Janaozen şəhərində bir qrup vətəndaş yolun hərəkət hissəsini kəsərək, vətəndaşların hərəkətinə maneələr yaradıblar. İctimai təhlükəsizliyi və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün onlar polis tərəfindən profilaktik söhbət üçün şəhər polis şöbəsinə aparılıblar”, – deyə məlumatda bildirilir.

Qanuna görə, nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradılması cərimə şəklində inzibati məsuliyyətə səbəb olur.

Xatırladaq ki, dünən yüzlərlə sakin mərkəzi meydana toplaşaraq, bir müddət əvvəl Astanada saxlanılan həmyerlilərinin azad edilməsini tələb ediblər. Onlar işdən çıxarılmalarından narazı qalaraq, neft şirkətinin rəsmiləri və nümayəndələri ilə görüş istəyiblər. Həmin şəxslər polis tərəfindən saxlanılıblar.

Polisdən bildirilib ki, daha əvvəl Janaozendə yolu bağladıqlarına görə saxlanılan 24 nəfər bu cür qanunsuz hərəkətlərin yolverilməzliyi ilə bağlı aparılan söhbətdən sonra evlərinə buraxılıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir