Cəmiyyət

6 aylıq körpənin sizin dəstəyinizə ehtiyacı var: Müalicələrə başlamasa vəziyyəti ağırlaşa bilər – FOTO

Sharing is caring!


6 aylıq Melisanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Sonya Mövsum-Zadə məlumat verib.

O övladının anadangəlmə leykozdan əziyyət çəkdiyini bildirib.

“Melisa fevral ayında dünyaya gəlib. İlkin müayinələrdən sonra onun leykoz xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Övladım leykozun ilkin mərhələsindədir. Vəziyyətinin ağırlaşmaması üçün müalicələrə başlamalıyıq. Müalicənin ilkin mərhələsi üçün isə 2 000 manata ehtiyacımız var”

Sonya Mövsum-Zadə övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduqlarını deyib.

“Melisanın balaca olduğu üçün onu tək buraxıb işləyə bilmirəm, yoldaşım isə təkər doldurma məntəqəsində fəhlə kimi çalışır. İnanın günlük xəclərimizi ancaq ödəyə bilirik. 2 000 manat kimlər üçünsə az görünsə də, bizə görə çox böyük məbləğdir. Bu məbləği toplamaqda bizə dəstək olmaqları üçün yardımsevər şəxslərdən kömək istəyirəm”

Ailə ilə əlaqə: (055) 619-25-68

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir