Cəmiyyət

Hər zəlzələdən sonra Xəzər dənizinin dibinin quruluşu dəyişir – VİDEO

Sharing is caring!


Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.

Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə il ərzində yay fəslində dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.

Xezerxeber.az-ın məlumatına görə, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyir ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır.

Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro – meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.

Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir