Dünya

BMT nümayəndəsi HƏMAS-la danışıqlar barədə: “Dəhşətli hərəkətlərə görə qınadığımız insanlar…”

Sharing is caring!


“Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı gələcək danışıqlardan kənarda qalmamalıdır”.

Bu sözləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits “Financial Times” nəşrinə müsahibəsində deyib.

“Dəhşətli hərəkətlərə görə qınadığımız insanlar, yəqin ki, heç nəyə baxmayaraq, danışıqların bir hissəsi olmalıdırlar”, – deyə Qriffits qeyd edib.

O əlavə edib ki, məsələ ilə bağlı müzakirələrdə kimin iştirak edib-etməyəcəyi ilə bağlı yalnız Fələstin xalqı qərar verməlidir.

Mənbə: RT.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir